Haqqımızda

Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə yaradılan maliyyə şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərmiş, Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 18 yanvar 1924-cü il tarixli qərarı ilə Xalq Maliyyə Komissarlığına çevrilmişdir.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli fərmanı ilə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 1998-ci il tarixli 47-I nömrəli fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılmışdır.

          Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 1 may 2001-ci il tarixli 10-II FR nömrəli fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə çevrilmişdir.